Azərbaycan Basketbol Federasiyasının Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri ölkə çempionatının III turunda baş tutan “Araz” - “Sıçrayış” oyununda hakim Toğrul Həsənovun verdiyi qərarları ilə bağlı “Araz”ın təqdim etdiyi etiraza baхıb.
Nizam-İntizam Komitəsi “Araz”ın oyunçusu Ruslan Məmmədovu 2, bah məşqçisi Nizami Kərimzadəni isə ölkə çempionatının oyunlarından "pley-off" mərhələsinə qədər cəzalandırıb.
Komitə həmçinin hakim Toğrul Həsənova da 3 oyunluq cəza verib.
Fanat.az