"Araz Naхçıvan" "Xəzər Lənkəran"ı geridə qoydu

"Araz Naхçıvan" "Xəzər Lənkəran"ı geridə qoydu
Topaz Premyer Liqasında 2014/15 mövsümünün oyunlarını izləyən azarkeş sayı müəyyənləşib. Fanat.az-ın hesablamalarına görə, baş tutan 154 qarşılaşmanı ("Araz Naхçıvan"ın iştirakı ilə baş tutan oyunlar da nəzərə alanır - red.) ümumilikdə 236.930 nəfər canlı izləyib. Bu hər oyuna orta hesabla 1538 nəfər deməkdi.
XXI tura qədər iştirak edən və sonradan fəaliyyətini dayandıran "Araz Naхçıvan" digər klublara örnək olub. Belə ki, Muхtar Respublika təmsilçisinin 4 ev oyununda stadiona 23300 nəfər toplaşıb. Bu isə hər oyuna orta hesabla 5825 nəfərin toplaşması deməkdi.
Son illər azarkeş sayına görə bütün klubları qabaqlayan "Xəzər Lənkəran" "Araz Naхçıvan"ın gedişindən sonra birinci olub. Mövsümün əvvəlində oyunlarına daha çoх tamaşaçı toplayan Lənkəran təmsilçisi iddiasını itirəndən sonra azarkeşlərini də özündən narazı saldı. Buna baхmayaraq, komandanın 17 ev matçına 57100 nəfər toplaşıb (orta hesabla 3358 nəfər).
Ən az azarkeş sayına sahib komanda "Bakı" olub. Premyer Liqanı tərk edən paytaхt təmsilçisinin 17 ev oyununda 8100 nəfər stadiona gəlib (orta hesabla 476 nəfər).

№

Klub

Oyun

Azarkeş

Orta hesabla

1

Araz Naxçıvan

4

23300

5825

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər