Tanınmış italiyalı məşqçi Fabio Kapello "Napoli"ni çalışdıran digər məşhur həmyerlisi Antonio Konte barədə danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Konte bir neçə günlük istirahəti vacib sayıb Turindəki evində qaldı. Neapoldakı məşqləri isə köməkçilərinə tapşırdı. Onu bu səbəbdən tənqid etmişəm. Fikrimcə, baş məşqçi oyunçularına qarşı hörmətsiz davranıb. Məşqləri özü keçməliydi, çünki futbolçular milli komandaların düşərgəsinə yollanmamışdılar. Konte bu hərəkəti ilə Neapolda olan futbolçuların özlərini ikinci dərəcəli oyunçular kimi hiss etmələrinə səbəb oldu. Belə çıxır ki, Antonio komandanın içində düşmən axtarır, amma hərə vəziyyətdən öz bildiyi şəkildə çıxmağa üstünlük verir. Nəticələr onun işinin necə olduğunun əsas göstəricisidir. Bütün başqa filosofsayağı arqumentlər xüsusi əhəmiyyət daşımır".
Xatırladaq ki, 13 tura 28 xal toplayan "Napoli" A Seriyasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub.
Nihat