"Anderlext"in baş məşqçisindən qələbə şərhi

"Anderlext"in baş məşqçisindən qələbə şərhi

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" - "Anderlext" oyunundan sonra qonaqların baş məşqçisi Rene Vayler mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, o, bunları söyləyib:

- Matça yaxşı hazırlaşmışdıq. Qalib gəlmək üçün əlimizdən gələni etdik. Oyuna hazır idik. Rəqibin ölkə çempionatında çətin matçları olmuşdu. Bizim üçün də ağır görüş oldu. Qalib gəldiyimizə görə şadam. 

- Buraxılan qolda qapıçınızın səhvi var...

- Yeni və gənc futbolçudu. Qolun buraxılmasında onun təcrübəsizliyi rol oynadı. 

- Növbəti oyunlarda bu qapıçını meydana buraxacaqsınız?

- Bizim başqa qapıçılarımız da var. Gələcəkdə digərləri də çıxış edə bilər. 

- Əvvəlki matçlardan sonra tənqidlər olmuşdu...

- Mən belə şeylərə fikir vermirəm. Gələcəkdə də qalib gəlmək üçün çalışacağıq. 

- Matçda Anni və Stançu çətinlik çəkirdi.

- Bütün oyunlarda çıalışırıq. Bu görüşə də hazır idik. Çətinlik olsa da, nəticə əldə edilib. 

- "Qəbələ"yə qarşı oyun necə qurulmuşdu?

- Oyuçularımızın əksəriyyəti cavandı. Səhvlər olur. Amma yüksək nəticə göstərməyə çalışırıq və bu dəfə də nəticə qazandıq.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər