Türkiyənin aşağı liqa təmsilçisi "Adanaspor"da maddi böhran davam edir.
Fanat.Az xəbər verir ki, komandanın futbolçuları səfər oyununa yola düşməzdən əvvəl yemək haqqı ödənilmədiyi üçün restoranda girov qalıblar.
Hadisə zamanı restoran rəhbərliyi 3 min 500 lirəlik hesabın ödənməsini tələb edib. Klubda isə bu məbləği qarşılayacaq vəsait tapılmayıb.
Məsələni texniki direktor Yüksel Yeşilova öz cibindən ödəməklə həll edib.
Bu hadisə sosial mediada böyük rezonans yaradıb və bir vaxtlar Super Liqada çıxış edən "Adanaspor"un hazırkı vəziyyəti azarkeşlərin narazılığına səbəb olub.
Kamil Xudiyev