Dekabrın 23-də "Buta" sarayında 2013-cü ilin idman yekunlarına həsr edilmiş tədbir keçirilib. Fanat.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov deyib ki, 2013-cü ildə başqa illər kimi uğurlu olub.
Nazir yeni ildə daha çox tədbirlərin keçiriləcəyini bildirib: "Bu il xüsusən Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbirlərlə əlamətdar il oldu. Üzümüzə gələn illər böyük tədbirlər olacaq. Bu tədbirlərə hazır olmalıyıq".
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bunları söyləyib: "Hər zaman olimpiadadan sonrakı il medal sarıdan kasad olur. Ancaq 2013-cü il medallarla zəngin oldu. 800-dək medal qazandıq. Olimpiya növü üzrə 4 dünya çempionumuz oldu. Prezident idmançılarla dağda, yüksəklikdə görüşdü. Çünki bizim idman zirvələrdədi".
lent.az