"12 milyon manat xərclənəcək" - Azad Rəhimov

"12 milyon manat xərclənəcək" - Azad Rəhimov
Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinin keçiriləcəyi yolların təmiri üçün 12 milyon manat хərclənəcək. Fanat.az хəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib: 
Nazir bildirib ki, bu günədək "Formula 1" üçün Əməliyyat Şirkəti tərəfindən 5 milyon manatadək xərclənib. O, Azadlıq Meydanında pit-stopun tikintisi üçün tender elan ediləcəyini söyləyib. Rəhimov ümumi büdcənin 3-4 aya formalaşacağını da açıqlayıb. Təxminən 30 min biletin satışa çıxarılacağını deyən nazir qiymətlərin 19 manatdan başlayacağını əlavə edib.
"Formula-1" böyük yarışdı. Bu dünyada keçirilәn 21 böyük yarışdan biridi və bu dəfə Bakıda baş tutacaq. Нarış zamanı asfaltın uzunluğu 6 km olacaq. Bir maşın bu asfaltı 51 dәfә keçәcәk. Azarkeşlәr üçün biletlәr sabahdan satışa çıxarılacaq. 300 metrlik Pit Stop inşa edilәcәk. Müxtәlif işlәr görülcәk. Baryerlәr vә setkalar olacaq. Dәqiq büdcә 3 aydan sonra bәlli olacaq. Biletlәrin qiymәti 19 manat olacaq. Bizim әsas işimiz odu ki, bu biletlәrin satışın tәşkil edәk" deyə nazir bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər