Quluzadə Super Liqada "fərqləndi", 3 xala sevindi

Quluzadə Super Liqada "fərqləndi", 3 xala sevindi
Yunanıstan Super Liqasında XXI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Amit Quluzadənin çıxış etdiyi AEL "Levadiakos"u qəbul edib.
Oyun Larissa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Amit 53-cü dəqiqədə Dieqo Reyesin yerinə meydana çıxıb. Futbolçumuz 89-cu dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, AEL 21 turdan sonra 20 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər