Quardioladan inanılmaz rekord

Quardioladan inanılmaz rekord

İngiltərə Premyer Liqasının 30-cu turunun təxirə salınmış matçında "Mançester Siti" doğma meydanda "Brayton"a 3:0 hesabı ilə qalib gəlib.

Fanat.Az xəbər veri ki, oyun "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola üçün əlamətdar olub.

Pep 344-cü çempionat oyununda 250-ci qələbəsini qazanıb. 

Bu, Premyer Liqada yeni rekorddur.

Əvvəlki rekord 396 matçda 250 qələbə qazanmış Joze Mourinyuya məxsus idi. Portuqaliyalı çalışdırıcı bu nəticəyə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"in "sükanı arxası"nda imza atmışdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər