Quardiola Potteri müdafiə etdi: "Çünki məndə Messi var idi"

Quardiola Potteri müdafiə etdi: "Çünki məndə Messi var idi"

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Çelsi"nin baş məşqçisi Qrem Potter haqda danışıb.

Fanat.Az xəbər verir ki, ingilis jurnalist Nizar Kinsella ispan mütəxəssisin fikirlərini sosial şəbəkə hesabında belə təqdim edib:

"Klubun sahibi Todd Bouliyə sözüm var: "Ona vaxt verin". Bütün məşqçilərin vaxta ehtiyacı var. Mənə "Barselona"da iki mövsüm lazım deyildi, çünki sərəncamımda Messi var idi".

“Mançester Siti” dünən İngiltərə Kubokunda “Çelsi”ni 4:0 hesabı ilə məğlub edib. Bu, "şəhərlilər"in bir həftə ərzində londonlular üzərində ikinci qələbəsidir. Quardiolanın komandası üç gün əvvəl Premyer Liqada "zadəganlar"ı 1:0 hesabı ilə məğlub etmişdi.

Xatırladaq ki, "Çelsi" mövsümə alman mütəxəssis Tomas Tuxellə başlayıb. Sentyabrda Zaqreb "Dinamo" suna 0:1 hesabı ilə uduzduqdan sonra London komandasının yeni sahibi Todd Bouli onu Qrem Potterlə əvəzləyib.  "Çelsi" son 9 matçda yalnız 1 qələbə qazanıb və 17 turdan sonra 10-cu pillədə qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər