Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO

Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO
İdman Arbitaj Məhkəməsi (CAS) "Mançester Siti"nin apellyasiya müraciətini müsbət qiymətləndirib. Beləliklə, "şəhərlilər" növbəti mövsüm Çempionlar Liqasında iştirak edə biləcək.
Baş məşqçi Pep Quardiola xəbəri sevinclə qarşılayıb. Pepin köməkçisi Manuel Estiarte katalon mütəxəssin həmin an çəkdiyi selfini öz "Instagram" hesabında paylaşıb.
Qeyd edək ki, UEFA fevral ayında maliyyə feyr-pleyi qaydalarını pozduğunu əsas gətirərək "Mançester Siti"ni iki il müddətinə avrokuboklarda iştirakdan məhrum etmişdi.
 
Quardiola məhkəmənin qərarına belə reaksiya verdi - FOTO
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər