Quardiola: "İPL ÇL-dən daha çətindir"

Quardiola: "İPL ÇL-dən daha çətindir"

"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola hesab edir ki, İngiltərə Premyer Liqasında qalib gəlmək Çempionlar Liqasından daha çətindir.

Fanat.Az xəbər verir ki, bu barədə BBC saytı məlumat yayıb.

"Premyer Liqanı qazanmaq Çempionlar Liqasından daha çətindir. Çoxlu turlar, çoxlu oyunlar, zədələrə nəzarət, müxtəlif vəziyyətlər... Son illərdə Premyer Liqanın qalibi olmaq böyük uğurdur. Mən demirəm ki, Çempionlar Liqası vacib deyil. Amma İPL-in qalibi olmaq gözəldir və biz buna yaxınıq", - deyə Quardiola bildirib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər