Quardiola Braziliya millisini çalışdıracaq? - Özü dedi

Quardiola Braziliya millisini çalışdıracaq? - Özü dedi

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Braziliya millisini çalışdıracağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.  

Fanat.Az xəbər verir ki, onun söylədiklərini "TNT Sports" belə çatdırıb:

"Braziliyanın milli komandasına rəhbərlik edə biləcək çox yaxşı yerli məşqçiləri var. Müzakirənin sonu..."

Beləliklə, Quardiola braziliyalıların təklifinə isti yanaşmadığını büruzə verib.

 

Qeyd edək ki, "Marca" nəşri "Mançester Siti"nin  baş məşqçisinin illik 12 milyon avro əməkhaqqı qarşılığında "sambaçılar"ı çalışdıracağını və onunla dörd illik müqavilə imzalanacağını iddia edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər