Qrizmann rekordçuya yaxınlaşdı

Qrizmann rekordçuya yaxınlaşdı

İspaniya La Liqasının 13-cü turu çərçivəsində dünən keçirilən matçda - "Vilyarreal"ı yendikləri (3:1) ev oyununda qol vuran Antuan Qrizman sözügedən klubun ən yaxşı bombardirləri siyahısında 2-ci yerə qalxıb.

Fanat.Az xəbər verir ki, Fransa millisinin forvardı "Atletiko Madrid" forması ilə vurduğu qolların sayını 169-a çatdırıb. Onun paytatx təmsilçisinin ən sərrast futbolçusu olan Luis Araqonesə (172 qol) çatmasına 3 qol qalıb. 

Qeyd edək ki, Qrizmannın "Atletiko"  ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər