"1.50 metr boyunda olan yarım-autistik uşaq" - Dünya çempionundan Messinin ünvanına ağır sözlər

"1.50 metr boyunda olan yarım-autistik uşaq" - Dünya çempionundan Messinin ünvanına ağır sözlər
"Barselona"nın keçmiş hücumçusu Kristof Düqarri "RMC Sport"un podyayımında Antuan Qrizmannın katalon klubundakı çıxışını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, Düqarri Qrizmannın performansından bəhs edərkən Lionel Messi faktoruna da toxunub:
"Qrizmann özünə olan inamını itirib. Performansı yaxşı deyil. Düzdü, Lionel Messi ona daha çox pas verə bilər. Bununla belə, argentinalının hərəkəti məni təəccübləndirmir. Çünki Qrizmann çox top ititir və pis çıxış edir.
Aralarında problem varsa, bunu Messiyə yaxınlaşaraq həll etməlidi. Qrizmann kimdən qorxur? 1.50 metr boyunda olan yarım-autistik uşaqdan? Problem varsa, Messinin üzünə şillə vurmalıdı".
 
Qeyd edək ki, Kristof Düqarri 1998-ci ildə Fransa yığmasının heyətində dünya çempionatının qalibi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər