Qriqorçuk millimizin hücumçusunun baş məşqçisi ola bilər

Qriqorçuk millimizin hücumçusunun baş məşqçisi ola bilər

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Kolos" klubuna rəhbərlik edə bilər.

Fanat.Az "Sport.ua" saytına istinadən xəbər verir ki, Kovalyovka təmsilçisinin prezidenti Andrey Zasuxa 56 yaşlı mütəxəssislə danışıqları davam etdirir.

İddiaya görə, təcrübəli baş məşqçi Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin də çıxış etdiyi komandanın "sükanı arxası"na keçməyə çox yaxındır. Tərəflər razılığa gəlsələr, əməkdaşlıq yaxın günlərdə gerçəkləşəcək.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. Əyalət təmsilçisi onun rəhbərliyi altında 2015/2016, 2016/2017 mövsümlərində UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər