Qran-Pri: Son üç cüdoçumuz yarışır

Qran-Pri: Son üç cüdoçumuz yarışır

Bu gün Düşənbədə (Tacikistan) cüdo üzrə Qran-Pri turnirinə yekun vurulacaq 

Fanat.Az xəbər verir ki, turnirin üçüncü gündə Azərbaycan yığmasının üç idmançısı tatamiyə çıxacaq.

Vüqar Talıbov (90 kq) startda Yeqor Voropayevlə (neytral idmançı) mübarizə aparacaq.

Elcan Hacıyev (90 kq) fransalı Loris Tosye ilə görüşəcək.

Camal Qamzatxanov (+100 kq) isə Şəkərməmməd Mirməmmədovla (Tacikistan) qüvvəsini sınayacaq.

Qeyd edək ki, komandamızın aktivində üç medal var. Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) isə bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər