Azərbaycan para-atleti Elvin Astanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai 2021 World Para Athletics” Qran-Prisində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Astanov bu uğura F53 kateqoriyasında nüvə itələmə növündə imza atıb. O, 7.30 m nəticə göstətərək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, digər para-atletimiz Heydər Həmidli F57 kateqoriyasında nizə atma növündə qızıl medala sahib çıxıb.
Fanat.Az