Qran-Pri: Daha üç cüdoçumuz mübarizəyə qoşulur

Qran-Pri: Daha üç cüdoçumuz mübarizəyə qoşulur

Bu gün Azərbaycanın daha üç cüdoçusu Avstriyanın Linz şəhərində keçirilən Qran-Pridə mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 final mərhələsində Telmo Qomeşlə (Portuqaliya), eyni çəkidəki Rəşid Məmmədəliyev Daniel Seqado (İspaniya) ilə üz-üzə gələcək.

81 kq-da Zelim Tçkayev 1/16 finalda Leon Tsilikin (Avstriya) - Dominik Ressel (Almaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Kamran Süleymanov (66 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə sabah yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər