Qran-pri: Son gündə bir cüdoçumuz mübarizə aparacaq

Qran-pri: Son gündə bir cüdoçumuz mübarizə aparacaq

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-priyə bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son gündə Azərbaycanın bir idmançısı mübarizə aparacaq.

+100 kq dərəcəsində Camal Qamzatxanov medallar uğrunda yarışacaq. O, 1/16 finalda qvineyalı Mustafa Fofananı sınağa çəkəcək.

Qeyd edək ki, ilk iki gündə Azərbaycanın 4 cüdoçusu çıxış edib. Onlardan yalnız gümüş medal qazanan Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsüyə qalxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər