Yanvarın 27-də Portuqaliyanın Almada şəhərində start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, mərasimdə Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Qadınlar
48 kq Leyla Əliyeva - Mariya Selia Labord (Amerika Birləşmiş Ştatları) Könül Əliyeva - Keysi Perafan (Argentina)
52 kq Gültac Məmmədəliyeva - Nandin-Erdene Myaqmarsuren (Monqolustan) Aydan Vəliyeva - Ana Perez Boks (İspaniya)
57 kq Fidan Əlizadə - Pleyun Kornelis (Niderland)
63 kq Aytac Qardaşxanlı - Anya Obradoviç (Serbiya)
70 kq Südabə Ağayeva - Maya Koqan (İsrail) / Ellen Froner (Braziliya) cütlüyünün qalibi
Kişilər
60 kq Turan Bayramov - Xuan Ayala (Ekvador) / Tumiso Futeqo (Botsvana) görüşünün qalibi Nazir Talıbov - Daniel Leutqeb (Avstriya)
66 kq Yaşar Nəcəfov - Vail Ezzin (Əlcəzair) / Bruno Bento (Portuqaliya) cütlüyünün qalibi
73 kq Vüsal Qələndərzadə - Samuel Qasner (Avstriya) Nurlan Osmanov - Narkiso Matos (Mozambik)
81 kq Rüstəm Orucov - Kel Berliner (Amerika Birləşmiş Ştatları) Elcan Hacıyev - Semedo Klaudiano (Kabo-Verde) / Xikmatillox Turayev (Özbəkistan) görüşünün qalibi
90 kq Vüqar Talıbov - Haruya Kayhori (Yaponiya)
+100 kq Camal Qamzatxanov - Stepan Heqyi (Avstriya)
Xatırladaq ki, Azərbaycan millisi 3 gün davam edəcək yarışa 16 cüdoçu ilə qatılıb.