Qordon bu İngiltərə nəhənginə keçməyə yaxındır - MƏBLƏĞ

Qordon bu İngiltərə nəhənginə keçməyə yaxındır - MƏBLƏĞ

"Nyukasl"ın cinah hücumçusu Entoni Qordon karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Sun" yayıb.

Məlumata görə, "Liverpul" və "Mançester Yunayted"in də transfer siyahısında olan 25 yaşlı forvardın "Arsenal"a keçmək ehtimalı daha yüksəkdir.  Mənbə London təmsilçisinin Qordonun transferi üçün qarşı tərəfə 85,5 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.

Sözügedən futbolçu 2023-cü ilin yanvarından "Nyukasl"ın uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 38 matça çıxan Entoni 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər