Qomes A Seriyası klubu ilə anlaşdı

Qomes A Seriyası klubu ilə anlaşdı

Argentinalı yarımmüdafiəçi Papu Qomes karyerasını "Montsa"da davam etdirəcək.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, İtaliya klubu argentinalını azad agent kimi transfer edəcək. Sentyabrın 1-də o, "Sevilya" ilə müqaviləsinə xitam verib.

35 yaşlı futbolçu artıq "Montsa"nın düşərgəsinə tibbi müayinəyə yollanıb. 

"Sevilya"da keçirdiyi son mövsümdə Papu Qomes 28 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, karyerası ərzində “Arsenal Sarandi”, “San Lorenso”, “Kataniya”, “Metallist” və “Atalanta”da çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər