Uruqvay yığmasının kapitanı Dieqo Qodin Braziliyanın “Atletiko Mineyro” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə özünün "Twitter" səhifəsində paylaşım edib:
“Hər zaman bacardığımın ən yaxşısını verdiyim komandadan, heç vaxt unuda bilməyəcəyim insanlardan qarşılıqlı hörmət və məmnunluq hissi ilə ayrılıram”.
Qodin yanvarda qoşulduğu klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, ən azı DÇ-2022-yə qədər karyerasını Argentinada davam etdirə bilər.
Mirağa