"Mançester Yunayted"in əsas səhmdarları olan Qleyzerlər ailəsi klubu satmaq qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı Qətər mətbuatına istinadən "Mirror" yayıb.
Xəbərə görə, İngiltərə nəhəngi Qətər şeyxi Cassim bin Hamadu Əl Taniyə satılacaq. Mənbə sözügedən şəxsin Qleyzerlərə "qırmızı şeytanlar"ın digər müştərisi Cim Retkliffdən daha çox pul təklif etdiyini vurğulayıb. MY-nin satıldığı barədə yaxın günlərdə rəsmi məlumat veriləcəyi iddia edilib.
Qeyd edək ki, 2022/2023 mövsümündə niderlandlı mütəxəssis Erik ten Haqın rəhbrəliyi altında İngiltərə Premyer Liqasında 3-cü yeri yutan Mançester təmsilçisi Çempionlar Liqasında oynamaq hüququ qazanıb.
Nihat