"Qızlar mənə Mourinyu qədər ürək emojisi göndərmir" - UEFA-nın prezidenti

"Qızlar mənə Mourinyu qədər ürək emojisi göndərmir" - UEFA-nın prezidenti

“Roma”nın baş məşqçisi Joze Mourinyu komandası Konfrans Liqasının finalına yüksəldikdən sonra UEFA-nın prezidenti Aleksander Çeferinə mesaj yazıb.

Fanat.Az "24Ur"a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəhbəri portuqaliyalı mütəxəssisin keçirdiyi emosiyalardan danışarkən deyib:

“Çoxları Konfrans Liqasına şübhə ilə yanaşırdı. “Roma” bu turnirin finalına çıxandan sonra Joze Mourinyu mənə mesaj göndərdi. Etiraf edim ki, hətta qızlar da mənə indiyə qədər Mourinyu qədər ürək emojiləri göndərməyib. Joze futbol üçün yaşayan, ona emosional yanaşan adamdır.

O, artıq klub səviyyəsində hər şeyi qazanıb. Mourinyunun indi Konfrans Liqasının ilk qalibi olmaq imkanı var ki, bu da onun üçün çox şey deməkdir. Bu, turnir üçün əla reklamdır”.

Qeyd edək ki, Konfrans Liqasının finalı - "Roma" - "Feyenoord" oyunu mayın 25-də Tiranadakı (Albaniya) "Arena Kombetare" stadionunda keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər