"Qızıl top"un təşkilatçıları irqçilikdə ittiham olundu

"Qızıl top"un təşkilatçıları irqçilikdə ittiham olundu

"Napoli"nin seneqallı müdafiəçisi Kalidu Kulibali (Kalidou Koulibaly) Eduard Mendi (Edouard Mendy) və Afrikalı futbolçulara qarşı edilən ədalətsizliyə görə qəzəblənib.

Fanat.Az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, futbolçu "Çelsi"nin 29 yaşlı qapıçısının "Qızıl top" mükafatına namizədlər sırasında olmamasına narazılığını ifadə edib:

“Mendinin "Qızıl top"a namizədlər sırasında olmaması xəcalət vericidir. O, Çempionlar Liqasını qazanan ilk afrikalı qapıçıdır. Onu bu siyahıya əlavə etməmək ədalətsizlikdir. Biz afrikalılar barədə insanların yaxşı düşünməsi üçün niyəsə həmişə ikiqat iş görməliyik". 

Xatırladaq ki, "Qızıl top"un təqdimetmə mərasimi noyabr ayının 29-u Parisdə keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər