"Qızıl top"u Benzema alacaq - buna şübhəniz olmasın"

"Qızıl top"u Benzema alacaq - buna şübhəniz olmasın"

"Real Madrid"in prezidenti Florentino Peres komandanın futbolçusu Kərim Benzemanın "Qızıl top"u qazanacağına əmindir. 

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbol funksioneri bu barədə belə deyib:

“Benzema artıq UEFA ilin oyunçusu mükafatına layiq görülüb və yaxın günlərdə “Qızıl top”u qazanacaq. Buna heç kimin şübhəsi yoxdur”

Qeyd edək ki, Benzema ötən mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 46 matçda 44 qol vurub və 15 qolun ötürməsini verib. O,  ötən mövsüm "Real"la  La Liqa və Çempionlar Liqasının qalibi olub.

“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər