"Qızıl top" mükafatını qazanmağa ən real namizədlər açıqlanıb.
Fanat.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, hazırda siyahıya "Real Madrid"in fransalı hücumçusu Kərim Benzema başçılıq edir.
"Bayern Münhen" forvardı Robert Levandovski ikinci pillədə qərarlaşıb.
Bu il "France Football" nəşrinin təsis etdiyi mükafatı Məhəmməd Salah ("Liverpul", Misir), Kilian Mbappe (PSJ, Fransa), Luka Modriç ("Real Madrid", Xorvatiya), Sadio Mane ("Liverpul", Seneqal), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Vinisius Junior ("Real Madrid", Braziliya), Fil Foden ("Mançester Siti", İngiltərə) və Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə) da qazana bilər.
Nəşrin tərtib etdiyi 20 oyunçudan ibarət siyahıya Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldu düşməyib.
Qeyd edək ki, ötən il "Qızıl top"u Lionel Messi qazanıb.
Nihat