"France Football” nəşri "Qızıl top” mükafatına namizədləri açıqlamağa başlayıb.
Fanat.Az xəbər verir ki, əvvəlcə 5 namizədin adı siyahıya daxil edilib: Serxio Aqüero ("Mançester Siti", İngiltərə/Argentina), Qaret Beyl ("Real", İspaniya/Uels), Kərim Benzema ("Real", İspaniya/Fransa), Alisson Bekker ("Liverpul", İngiltərə/Braziliya), Edinson Kavani (PSJ, Fransa/Uruqvay).
***
İkinci "5-lik"də Tibo Kurtua ("Real", İspaniya/Belçika), Kriştiano Ronaldo ("Yuventus", İtaliya/Portuqaliya), Kevin De Bruyne ("Mançester Siti", İngiltərə/Belçika), Roberto Firmino ("Liverpul", İngiltərə/Braziliya), Dieqo Qodin ("Atletiko", İspaniya/Uruqvay) yer alıb.
***
Artıq üçüncü "5-lik"də açıqlanıb. Bu siyahıda Antoine Qrizmann ("Atletiko", İspaniya, Fransa), İsko Alarkon ("Real", İspaniya), Eden Azar ("Çelsi", İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə) və Nqolo Kante ("Çelsi", İngiltərə, Fransa) yer alıb.
Qeyd edək ki, dünyanın ən yaxşı futbolçusu mükafatı uğrunda 30 oyunçu mübarizə aparacaq. Qalan namizədlərin adları gün ərzində açıqlanacaq. "Qızıl top" mükafatının təqdimatı dekabrın 3-də Fransanın paytaxtı Parisdə keçiriləcək.
Fanat.Az