"Qızıl top" siyasi mükafatdır" - Zlatan İbrahimoviç 

"Qızıl top" siyasi mükafatdır" - Zlatan İbrahimoviç 

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç “Qızıl top”u heç vaxt qazana bilmədiyinə görə peşman olmadığını deyib.

Fanat.Az xəbər verir ki, "Bayern&Germany" onun söylədiklərini belə çatdırıb: 

"Bu mükafatı qazanmamağım mənim üçün heç nəyi dəyişmir. “Qızıl top” siyasi  mükafatdır. Onu yaxşı adama vermək asandır. Onlara "ideal cənab" lazımdır. İstədiyinizi açıq desəniz, bu mükafatı ala bilməzsiniz".

Qeyd edək ki, İsveç millisinin üzvü bu mövsüm “Milan”ın heyətində 22 oyunda 8 qol vurub, 2 qolun ötürməsini verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər