"Bayern Münhen"in və Polşa millisinin hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi "Qızıl top" mükafatının 7-ci dəfə Lionel Messiyə verilməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" onun söylədiklərini belə çatdırıb:
"Messini təbrik edirəm. Lionel möhtəşəm oyunçu, futbolun əfsanəsidir. Amma 2021-ci ilin "Qızıl top" mükafatı ona verilsə belə, onun deyil. "Qızıl top" bu dəfə Robert Levandovskinindir".
Qeyd edək ki, Levandovski səsvermənin nəticələrinə görə bu nominasiya üzrə 2-ci olub.
Nihat