"Qızıl top" mükafatı bu tarixdə təqdim ediləcək

"Qızıl top" mükafatı bu tarixdə təqdim ediləcək

"Qızıl top" mükafatının veriləcəyi tarix bəlli olub.

Fanat.Az "France Football" jurnalına istinadən xəbər verir ki, 2023/2024 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı sahibinə oktyabrın 28-də Parisdə təqdim ediləcək.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, 2023-cü ildə "Qızıl top" argentinalı superulduz Lionel Messiyə verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər