"Real Madrid"in hücumçusu Eden Hazar "Qızıl top" uğrunda mübarizədən danışıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə "Marca"ya belə deyib:
"Şübhəsiz, De Bröyne, Kurtua, Mane və Vinisius çox yaxşı mövsüm keçirdilər. Lakin "Qızıl top" artıq Kərim Benzemanındır. 99 faiz o, bu mükafatı alacaq. Benzema buna layiqdir”.
Kərim Benzema bu mövsümü bütün yarışlarda 46 matçda 44 qol və 15 məhsuldar ötürmə ilə başa vurub. Hücumçu "Real Madrid"lə birlikdə İspaniya Superkubokunun, İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi olub.
Mirağa