"Qızıl medallar uğrunda sona qədər mübarizə aparacağıq" - Ramiz Məmmədov

"Qızıl medallar uğrunda sona qədər mübarizə aparacağıq" - Ramiz Məmmədov

Azərbaycan Birinci Liqasının 18-ci turu çərçivəsində "Şamaxı" evdə "Qaradağ Lökbatan" ilə qarşılaşıb. Görüş tərəflərin məhsuldar bərabərliyi ilə yekunlaşıb - 2:2.  "Aslanlar"ın baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxlayıb matçla bağlı fikirlərini öyrəndik.

Məmmədovun Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Matçla bağlı fikirləriniz i bilmək istəyirik. - Nəticədən narazıyam. Ancaq ümumilikdə uşaqların döyüşkənliyindən razı qaldım.

 - "Şamaxı"nın çempionluq şanslarını necə dəyərləndirirsiz?  - Qarşımıza qoyulan məqsəd çempionluqdur. Sona qədər qızıl medallar uğrunda mübarizə aparacağıq.

- Baş məşqçi postunuza gəldikdən sonra hansı müsbət dəyişikliklərə nail olmusuz? -  Bu dəyişiliyi ancaq kənardan baxanlar deyə bilər. Biz nəsə deyə bilmərik. Hər şey göz qabağındadır. Gördüyümüz işləri azarkeşlər və futbol mütəxəssisləri qiymətləndirə bilərlər.

- "Qaradağ Lökbatan"la görüşdə bir qolunuz qeydə alınmadı. Hakim idarəçiliyindən razı qaldınızmı? -  Hakimlik haqqında da heç bir şey danışmaq istəmirəm. İndiyə qədər danışmamışam. Bundan sonra da danışmaq niyyətim yoxdur.

Nahid Ustaclı 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər