“Qızıl dubl” edən baş məşqçi istefaya göndərildi

“Qızıl dubl” edən baş məşqçi istefaya göndərildi

Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun rəhbərliyi gözlənilməz qərarla diqqət mərkəzinə düşüblər.

Fanat.Az xəbər verir ki, onlar uğurlu mövsümün ardından baş məşqçi Albert Rieranı istefaya göndəriblər.

Halbuki, ispaniyalı mütəxəssisin çalışdırdığı kollektiv geridə qalan mövsümdə həm Sloveniya çempionu olub, həm də ölkə kubokunu qazanıb. 41 yaşlı mütəxəssisin “qızıl dubl”a rəğmən istefaya göndərilməsi təəccüblə qarşılanıb.

“Olimpiya” ölkə çempionluğunu mövsümün sonuna 5 tur qalmış rəsmiləşdirmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər