"Qismətimizdə bu gün məğlubiyyət var idi" - Rəşad Sadıqov

"Qismətimizdə bu gün məğlubiyyət var idi" - Rəşad Sadıqov

Misli Premyer Liqasının XIII turunda "Zirə" səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olub. 

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov yenilgini şərh edib:

"Matçın bitəcəyini gözlədiyimiz dəqiqədə meydanın mərkəzindən qol buraxdıq. Çətin də olsa məğlubiyyəti həzm edib, yolumuza davam etməliyik. 93-cü dəqiqədə qol buraxıqdan sonra irəli atıldıq. Künc zərbəsi zamanı qol şansı yaxalasaq da, faydala bilmədik. Qismətimizdə bu gün məğlubiyyət var idi".

O, cari mövsüm nəticələrin qeyri-sabit olduğunu etiraf edib: "Bu gün qələbə üçün oynayırdıq, amma heç-heçə də pis deyildi. Buna baxmayaraq, uduzduq. Bu gün hər 3 nəticə layiqli olacaqdı. Son 4 oyundan 3-də uduzmuşuq. Amma bu gün 1 xala layiq idik. Lakin futbolda proqnoz verrmək olmur. Mütləq qarşıdakı oyunlara köklənməli, xal ehtiyatımızı və turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq".

Sadıqov matçdan sonra futbolçuları arasında düşən mübahisəyə də toxunub: "Oyundan sonra bu barədə söhbətimiz oldu. Təbii ki, mübahisə ancaq meydanda qala bilər. Qələbəni bir yerdə qazandığımız kimi, məğlubiyyətə görə də kimisə günahlandıra bilmərik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər