Qırmızı vərəqə aldı, baş məşqçisini döydü - VİDEO

Qırmızı vərəqə aldı, baş məşqçisini döydü - VİDEO
İngiltərə futbolunda ilginc hadisə baş verib. Fanat.Az xəbər verir ki, qırmızı vərəqə alan futbolçu baş məşqçisini döyüb.
İngiltərə Çempionşipində çıxış edən "Kardiff Siti"nin futbolçusu Sol Bamba "İpsviç"lə matçın 70-ci dəqiqəsində meylandan qovulub. Əvvəlcə komanda yoldaşları ilə mübahisə edən 31 yaşlı afrikalı futbolçu daha sonra meydanın kənarında "Kardiff Siti"nin baş məşqçisi Neil Varnokla mübahisə edib. Əsəblərinə hakim ola bilməyən Fil Dişi Sahili millisinin üzvü baş məşqçini vurub.
Onun bu hərəkəti səbəbindən ən azı 3 oyun cəza alacağı, həmçinin klubu tərəfindən yüksək məbləğdə cərimə ediləcəyi deyilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər