Qılıncoynadanlarımız Almaniyada medalsız qaldı

Qılıncoynadanlarımız Almaniyada medalsız qaldı

Yeniyetmə şpaqaçılarımız Almaniyanın Haydenhaym şəhərində keçirilən “European Cadet Circuit” çərçivəsində “Hartmann Cup” turnirində iştirak ediblər.

Fanat..Az xəbər verir ki, qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 finalına kimi irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn Nazilə, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə uduzub.

Qrupu 2 qələbə ilə başa vuran Xədicə Həsənli pley-offda turnirin qalibi Rusiya təmsilçisi Anastasiya Rustamovaya 4:15 hesabı ilə uduzub. 2 qələbə ilə pley-offa adlayan Aynur Quliyeva pley-offda polşalı Pola Drobczuka 11:15 hesabı ilə uduzub. Qrupda bir qələbəsi olan Alfiyə Abdinova isə mübarizəni erkən dayandırıb.   Qız şpaqaçılarımız komanda yarışında ilk görüşdə Litvanı təmsil edən kollektivə 40:45 hesabı ilə uduzub.

Oğlan şpaqaçıların şəxsi yarışında qrupda keçirdiyi görüşlərdə 2 qələbə qazanan Raul Aruslanov pley-offda ardıcıl olaraq iki fransalı rəqibi (Aleksis Kotte, Samuel Ravelo de Tovar) üzərində eyni hesablı (15:14) qələbə qazanaraq 1/32 finalda italiyalı rəqibi Yakopo Rizziyə 8:15 hesabı ilə uduzub. Qrupu 2 qələbə ilə başa vuran Cəmil Hidayətov və Orxan Həsənli isə pley-offa yüksələ bilməyib.

Oğlan şpaqaçılarımız komanda yarışında Almaniyanın 2-ci komandasına 27:45, Rumıniyanı təmsil edən seçmə kollektivə 38:44, Polşanın turnirdəki ikinci komandasına isə 39:45 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər