Qılıncoynadanımız Avropa çempionatında qızıl medal qazandı

Qılıncoynadanımız Avropa çempionatında qızıl medal qazandı

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında bu gün qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışını pley-offda da davam etdirib. 27 yaşlı idmançı burada keçirdiyi ilk görüşdə rumıniyalı Sabina Martisi 15:8 hesabı ilə məğlub edib. Ardınca o, "8-liy"ə yüksəlmək uğrunda dueldə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.

1/4 finalda  ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran  (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Piesları da yenərək (15:6) finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər