"Lester" vertolyot qəzasında həyatını itirmiş prezident Viçay Şrivaddanaprabhanın xatirəsinə "Börnli" ilə oyuna özəl forma ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, noyabrın 10-da "Kinq Pover Stadionu"nda baş tutacaq "Börnli" ilə oyundan öncə stadionda prezidentin şrəfinə videorolik nümayiş etdiriləcək və 2 dəqiqəlik sükut olacaq.
Hər iki komandanın meydana qara sarğı ilə çıxacağı oyunda "Lester"in futbolçuları isinmə hərəkətləri zamanı və ilk hissədə xüsusi geyimlə oynayacaq.
İçərisində Şrivaddanaprabhanın da olduğu helikopter oktyabrın 27-də stadiondan havaya qalxarkən qəzaya uğramış və nəticədə prezident də daxil olmaqla 4 nəfər həyatını itirmişdi. "Lester"i 2010-cu ildə 39 milyon funt-sterlinqə alan Şrivaddanaprabha az büdcəli komandası ilə 2015/2016 mövsümündə İngiltərə çempionu olmuşdu.
Fanat.Az