Qətərli atlet rekorda şərik oldu

Qətərli atlet rekorda şərik oldu

Qətər təmsilçisi Mutaz Barşim ABŞ-ın Yucin şəhərində keçirilən yüngül atletika üzrə dünya çempionatında tarixi nəticəyə imza atıb.

Fanat.Az xəbər verir ki, hündürlüyə tullanma üzrə qızıl medal qazanan Barşim üçqat dünya çempionu adına yiyələnib.

Beləliklə, o, rusiyalı atlet  Mariya Lasitskenenin rekorduna şərik çıxıb. 

31 yaşlı idmançı 2,37 metr nəticə ilə çempion olub. 

Qeyd edək ki, hündürlüyə tullanma üzrə dünya rekordu Olimpiya və ikiqat dünya çempionuna - kubalı Xavyer Sotomayora məxsusdur. Rekord 1993-cü ildə qeydə alınıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər