Qətərə bunu gətirən fanatları ölüm cəzası gözləyir

Qətərə bunu gətirən fanatları ölüm cəzası gözləyir

Qətərdə təşkil olunacaq dünya çempionatında stadionlara kokain keçirməyə cəhd edən fanatlar ölüm cəzası ilə üzləşə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "Daily Star" və "The Sun" yayıb. 

Qətər İslam ənənələrinə bağlı çox mühafizəkar ölkədir. Builki mundiala ev sahibliyi edəcək ərəb ölkəsində narkotik istifadəsi ilə bağlı sərt qanun var. Qətər səlahiyyətliləri stadionlara narkotik gətirən yerli və ya xarici vətəndaşlar arasında fərq qoymayacaq. Xüsusilə də kokain kimi ağır narkotik istifadəçilərini 44 min funt-sterlinqə qədər cərimə, həbs və hətta ölüm cəzası  gözləyir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər