Qətər millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Qətər millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Futbol üzrə Qətər millisi 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunları üçün heyətini açıqlayıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə ölkənin futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçisi Feliks Sançes Lüksemburq, Azərbaycan və İrlandiya ilə matçlara 28 futbolçu çağırıb.
 
Qətər millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.
Qətər seçməsi martın 24-də Lüksemburq, martın 27-də Azərbaycan, martın 30-da isə İrlandiya seçməsi ilə üz-üzə gələcək. Oyunlar Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər