Qətər Əmiri işə qarışdı: Mbappe qalsın!

Qətər Əmiri işə qarışdı: Mbappe qalsın!

PSJ-nin hücumçusu Kilian Mbappenin "Real Madrid"ə mümkün transferi ilə bağlı məsələyə Qətər Əmiri Hamad ibn Xəlifə Əl-Tani yekun verib. 

Fanat.Az "L'Equipe"ə istinadən xəbər verir ki, Fransa klubunun idarə heyətində Mbappenin komandada qalması ilə bağlı ciddi tərəddüdlər var idi. 

PSJ-nin bəzi rəsmiləri hesab edirdi ki, gələn il müqaviləsi azad agent olacaq 22 yaşlı futbolçunu bu il satıb üzərindən 200 milyon avro qazanmaq daha yaşı fikirdir. 

Mbappe ilə bağlı son qərarı PSJ-nin sahibinin atası Qətər Əmiri Hamad Əl-Tani açıqlayıb. O, qərarında heyətdə Mbappe-Messi-Neymar triosunu görmək istədiyini bildirib. 

Xatırladaq ki, Kilian Mbappenin PSJ ilə hazırkı müqaviləsi 30 iyun 2022-ci ilə qədər qüvvədədir.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər