Qələbə şənlikləri ölümlə nəticələndi - İtaliyada

Qələbə şənlikləri ölümlə nəticələndi - İtaliyada
İtaliya millisinin AVRO-2020-nin qalib olduğu gecə kütləvi şənliklər fəlakətlə nəticələnib. 
Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, gecə saatlarında Kataniya əyalətində qələbə yürüşü zamanı qəza baş verib.
 
4 nəfər yaralandığı qəzada 19 yaşlı gənc oğlan həyatını itirib. 
 
Ölkənin başqa yerlərində də Avropa çempionatının finalındakı qələbə ilə bağlılığı olan ölüm hadisələri qeydə alınıb. Focciada skuter sürən 32 yaşlı kişi futbol festivalına gedərkən güllələnərək öldürülüb. Venesiyadakı su kanallarından birində isə orta yaşlı bir kişinin cəsədi tapılıb. Mərhumun kimliyi müəyyənləşməyib.
 
Polisin bildirdiyi məlumata görə, İtaliyanın müxtəlif şəhərlərində çox sayda yaralanma faktları var.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər