"Qəələ"nin sabiq baş məşqçisi rəsmən "Şaxtyor"da

"Qəələ"nin sabiq baş məşqçisi rəsmən "Şaxtyor"da
"Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri açıqlanıb.
Fanat.Az xəbər verir ki, 55 yaşlı ukraynalı mütəxəssis Belarusun "Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmır. Mixail Savka, Andrey Qluşenko və Anatoli Korotya baş məşqçinin köməkçiləri təyin edilib.
Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan "Astana”sı olub. O, 2015-2018-ci illər aralığında "Qəbələ”ni çalışdırıb. "Qəbələ" onun rəhbərliyi altında iki dəfə Azərbaycan çempionatının gümüş (2016/17, 2017/18), iki dəfə bürünc (2014/15, 2015/16) medallarını qazanıb, iki dəfə ölkə kubokunun finalına çıxıb (2016/17, 2017/18) və iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2015/16, 2016/17).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər