Qədirzadənin komandasından heç-heçə

Qədirzadənin komandasından heç-heçə
Azərbaycanlı futbolçu İbrahim Qədirzadənin klubu "Samtrediya” Gürcüstan çempionatında növbəti oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, komanda VII turun görüşləri çərçivəsində doğma meydanda Kutaisi "Torpedo”su ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
21 yaşlı müdafiəçi görüşün 90+2-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Samtrediya” 7 oyuna topladığı 4 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər