"Qəbələ"də gözlənilməz ayrılıq

"Qəbələ"də gözlənilməz ayrılıq

"Qəbələ" klubu baş menecer Nail Kərimovla yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən "qırmızı-qaralar"da çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Kərimovun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə "Qəbələ"nin komandaları dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. O, baş menecer kimi klubla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

"Qəbələ" öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər