"Qazaxıstanla oyun San Marino ilə matçı xatırladtdı"

"Qazaxıstanla oyun San Marino ilə matçı xatırladtdı"

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Qazaxıstan üzərində qazandıqları qələbəni (3:1) şərh edib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Biz qələbə qazanmaq məcburiyyətindəiydik və əla oyun keçirməyi bacardıq. İntensiv şəkildə pressinq tətbiq etdik və istəyimizə nail olduq. Bu görüş bir qədər San-Marino ilə oyunu xatırlatdı. Qol vurandan sonra inamlı futbol sərgiləməyə başladıq və üstünlük qazandıq. Oyunun böyük hissəsi belə keçdi. Ancaq bəzən lazım olmayan anlarda topu itirirdik".

Qeyd edək ki, Danimarka 7 oyuna 16 xal toplayan H qrupunun lideridir.  12 xala malik Qazaxıstan isə 4-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər